Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir İ.İzzət/
Astarada iki avtomobil toqquşub, ölən var.
Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 23-də saat 18.00 radələrində Astara rayonu Maşxan kəndinin ərazisində rayon sakini Oktay Məlikovun idarə etdiyi "VAZ-2106" markalı və İran vətəndaşı Feyruz Ruhizadenin idarə etdiyi "Volvo" markalı avtomaşınlar toqquşub.
Nəticədə O.Məlikov aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
Astara RPŞ tərəfindən araşdırma aparılır.