Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir İ.İzzət/
Beyləqan rayon sakini ailə münaqişəsi zəminində tüfəngdən atəş açaraq atasını qətlə yetirib.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, avqustun 24-də Beyləqan rayonunun Aşıqallar kəndi ərazisində kənd sakini Əfqan Qurbanov ailə münaqişəsi zəminində tüfəngdən atəş açaraq atası Vidadini qətlə yetirib.
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Qurbanov tutulub və ondan 1 ədəd müvafiq sənədləri olmayan "BUM" markalı ov tüfəngi götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.