...

Altı dəfə məhkumluq həyatı yaşayan Samux sakini bu dəfə qardaşının evini yandırıb

Hadisə Materials 4 Sentyabr 2013 16:06 (UTC +04:00)
Samux rayonunda yanğın hadisəsi baş verib. Əhmədbəyli kənd sakini Cəmaləddin Bayramov qardaşının yaşadığı evi yandırıb.
Altı dəfə məhkumluq həyatı yaşayan Samux sakini bu dəfə qardaşının evini yandırıb

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İ.İzzət/

Samux rayonunda yanğın hadisəsi baş verib. Əhmədbəyli kənd sakini Cəmaləddin Bayramov qardaşının yaşadığı evi yandırıb. Polis tərəfindən saxlanılan Cəmaləddin Bayramovun Göygöl və Samux rayonlarında oğurluq hadisəsi törətdiyi də müəyyən edilib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Samux rayonunun Əhmədbəyli kənd sakini Gülçin Mahmudovaya məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Yanğınsöndürənlərin və qonşuların köməyi ilə alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Mənzil sahibinin sözlərinə görə, hadisəni həyat yoldaşının qardaşı Cəmaləddin Bayramov törədib.

Zərərçəkmişin sözlərinə görə, Cəmaləddin bundan əvvəl də bir neçə dəfə onun mənzilini yandırmağa cəhd göstərib: "Qonşu çağırdı ki, Gülçin, evin yanır. Uzaqdan gördüm ki, evim yanır. Yoldaşıma zəng etdim, qonşuların köməyi ilə yanğın söndürüldü. Bütün əşyalarım yanıb".

Artıq zərərçəkmişin ərizəsi əsasında hadisəni törətməkdə şübhəli bilinən Cəmaləddin Bayramov saxlanılıb. Samux rayon Polis Şöbəsinin baş müstəntiqi İlqar Qəmbərov bildirib ki, araşdırmalar zamanı müəyyən edilib ki, Bayramov son iki ay ərzində Göygöl və Samux rayonları ərazisində oğurluq da törədib: "Göygöl rayonunda oğurluq etdiyi üçün onun barəsində cinayət işi başlanıb, ancaq barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Buna baxmayaraq, o, yenidən Əhmədbəyli kəndi ərazisində oğurluq hadisəsi törədib. Sonuncu dəfə isə anasına məxsus yaşayış evini yandırma yolu ilə məhv edib".

Saxlanılan şəxs Cəmaləddin Bayramov qardaşının yaşadığı mənzili yandırdığını etiraf edib. O buna qardaşı ilə aralarında olan gərgin münasibətin səbəb olduğunu, lakin etdiyi əmələ görə peşman olmadığını deyib: "Mən də belə heyfimi çıxdım. Nə etməliyəm, öldürüb ömürlük həbsdə qalım? Yazıq deyiləm? 7-ci dəfədir içəri gedəcəm. Mən də yaşamaq istəyirəm. Məndə peşmançılıq yoxdur. Nəyə görə peşman olmalıyam?!"

Qeyd edək ki, Cəmaləddin Bayramov bundan əvvəl 6 dəfə məhkumluq həyatı yaşayıb. Sonuncu dəfə o, bu ilin mart ayında azadlığa çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti