Azərbaycan, Bakı, 7 sentyabr /Trend/
Bu gün saat 20:10 radələrində Zığ şossesində VAZ-2107 markalı avtomobil yanıb.
Trend-in hadisə şahidlərinə istinadən verdiyi məlumata görə, avtomobil güclü alovlanma nəticəsində tamamilə yanıb.
Hadisə yerinə çağırılmış yanğınsöndürənlər yanğının qarşısını alıblar.
Hazırda yanğınla əlaqədar araşdırmalar aparılır.