...

Vətəndaş evində ölü tapılıb

Hadisə Materials 11 Sentyabr 2013 23:35 (UTC +04:00)
Vətəndaş evində ölü tapılıb.
Vətəndaş evində ölü tapılıb

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Vətəndaş evində ölü tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzil qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qalxaraq eyvandan daxil olub və giriş qapısını açıblar.

Mənzilə baxış keçirilərkən 1939-cu il təvəllüdlü Sibileva Zinaida İbrahimovna otaqda hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində Z.Sibilevanın vəfat etdiyi müəyyən olunub.

Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti