Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İ.İzzət/
Zaqatalada intihar hadisəsi baş verib.
Trend Kanal S-ə istinadən xəbər verir ki, bir nəfər Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Zaqatala filialının yeni tikilən korpusunda özünə qəsd edib. Hələlik ölən adamın şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisə barədə dəqiq məlumatın yaxın saatlarda açıqlanacağı bildirilir.