...

Bakıda qadın sürücü qorxulu anlar yaşadı (VİDEO)

Hadisə Materials 4 Oktyabr 2013 10:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr / Trend, müxbir M.Əliyev/

Bakıda "sedan" tipli minik avtomobili dönmə qaydasını pozaraq "cip"ə çırpılıb.

Trend xəbər verir ki, qəzaya səbəb olan avtomobilin sürücüsü yolayrıcına daxil olaraq digər hərəkət iştirakçılarına əhəmiyyət vermədən manevr etməyə başlayıb. Sola dönən avtomobil həmin istiqamətdə işıqforun yaşıl işığını rəhbər tutaraq hərəkət edən "cip" avtomobilinə çırpılıb.

Xoşbəxtlikdən hadisə zamanı digər hərəkət iştirakçılarına ciddi xəsarət yetirilməyib. Lakin zərərçəkmiş avtomobilin qadın sürücüsünün nə qədər təşviş keçirməsini anlamaq çətin deyil.

Trend həmin qəzanın video görüntüsünü təqdim edərək bir daha sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına əməl etməyə çağırır.

Qeyd edək ki, bu ilin 8 ayı ərzində baş verən yol qəza hadisələrinin 51 faizi sürət həddinin aşılması, 47 faizi piyadaların vurulması, 26 faizi əhali arasında qoşa xətt kimi tanınan üfüqi nişanlanma xəttinin tələbini pozub əks istiqamətli yol zolağına daxilolma, ötmə və ya manevretmə qaydalarının, 18 faiz isə yolayrıcıları keçmə qaydalarının pozulması ilə bağlı olub.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti