...

Abşeronda minik avtomobili ilə yük maşını toqquşub, sürücülərdən biri ölüb

Hadisə Materials 5 Oktyabr 2013 05:37 (UTC +04:00)
Abşeron rayonunda “Daewoo” markalı minik avtomobili və “Kamaz” markalı yük avtomobili toqquşub.
Abşeronda minik avtomobili ilə yük maşını toqquşub, sürücülərdən biri ölüb

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Abşeron rayonunda "Daewoo" markalı minik avtomobili və "Kamaz" markalı yük avtomobili toqquşub.

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb, "Daewoo" markalı minik avtomobilinin sürücüsü 1975-ci il təvəllüdlü Ağayarov Ağayar Ağamusa oğlu hadisə yerində vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə "Daewoo" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil verib. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Əməliyyat saat 00:51-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti