Azərbaycan, Bakı, 13 oktyabr / Trend /
Misir Hərbi Hava Qüvvələrinin "Miraj" tipli təlim-məşq təyyarəsinin Luksor ətrafındakı kəndlərdən birinin yaxınlığında baş vermiş qəza nəticəsində bir nəfər ölüb, daha üç nəfər xəsarət alıb. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə yerli KİV-lər xəbər verir.
Pilot qəzadan öncə təyyarəni katapulta vasitəsilə tərk edib.
Bundan öncə ölkənin hərbi qurumundan bildiriblər ki, hadisə nəticəsində ölən və xəsarət alan yoxdur.
Bildirilir ki, qəzaya səbəb təyyarənin mühərrikində partlayış olub.