Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir İ.İzzət/
Mehdiabad qəsəbəsinin ərazisindəki tikintidə ölüm hadisəsi baş verib.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 12-də Abşeron saroynu Mehdiabad qəsəbəsinin ərazisindəki "Abşeron Gənclər Şəhərciyi"ndə tikilməkdə olan binada ölüm faktı qeydə alınıb. Tikintidə işləyən Asəf Ələkbərov ehtiyatsızlığı nəticəsində 4-cü mərtəbədən yıxılaraq ölüb.
Faktla əlaqədar araşdırma aparılır.