...

Filippində güclü zəlzələ ölüb, ölənlər var

Hadisə Materials 15 Oktyabr 2013 06:57 (UTC +04:00)
Filippinin cənubunda 7,2 bal gücündə zəlzələ olub. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Geoloji Xidməti (USGS) xəbər yayıb.
Filippində güclü zəlzələ ölüb, ölənlər var

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Filippinin cənubunda 7,2 bal gücündə zəlzələ olub. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Geoloji Xidməti (USGS) xəbər yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 08:13-də (Bakı vaxtı ilə 05:13) baş verib. Zəlzələnin episentri Bohol adasında, ocağı isə 33 kilometr dərinlikdə olub. Bir qədər sonra 4 dəqiqə ərzində 5,4 və 5,2 bal gücündə təkrar təkanlar qeydə alınıb.

"Reuters" agentliyi yerli hakimiyyətə istinadən məlumat verir ki, zəlzələ nəticəsində Kebu şəhərində bina dağılıb, 4 nəfər ölüb.

Sunami təhlükəsi yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti