Azərbaycan, Bakı, 24 oktyabr /Trend/
Gəncədə avtobusla minik avtomobili toqquşub.
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Şəhərin Təbriz küçəsində "Opel" Astra" markalı minik maşını ilə "İsuzi" markalı sərnişin avtobusu toqquşub. Toqquşma nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.
Qəza zamanı avtobusda olan sərnişin qadın və "Opel Astra"nın sürücüsü müxtəlif bədən xəsarətləri alaraq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki, "Opel Astra"nın sürücüsü polis əməkdaşı olub.