...

Qubada körpü dağılıb, yük maşını çaya düşüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 26 Oktyabr 2013 11:58 (UTC +04:00)
Quba-İspik-Xınalıq avtomobil yolunun 26-cı kilometrliyində Qırız kəndi istiqamətində gedən yolda Qudyalçay üzərindəki körpüdən səhər saatlarında normadan bir neçə dəfə artıq yüklənmiş "Shackman" markalı yük maşınının keçməsi nəticəsində körpü uçub, avtomobil çaya düşüb.
Qubada körpü dağılıb, yük maşını çaya düşüb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir M.Əliyev/

Qubada Qudyalçay üzərindəki körpü dağılıb.

Quba-İspik-Xınalıq avtomobil yolunun 26-cı kilometrliyində Qırız kəndi istiqamətində gedən yolda Qudyalçay üzərindəki körpüdən səhər saatlarında normadan bir neçə dəfə artıq yüklənmiş "Shackman" markalı yük maşınının keçməsi nəticəsində körpü uçub, avtomobil çaya düşüb. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

İlkin məlumata görə, sürücü müxtəlif bədən xəsarətləri alıb.

Trend Regional TV-yə istinadən xəbər verir ki, körpü dağılsa da, rayonun Küsnətqazmalar və Qımılqazmalar kəndləri ilə əlaqə kəsilməyib. Hazırda avtomobillər alternativ yoldan istifadə edir.

Körpünün dağılması nəticəsində çaya yuvarlanan "Şackman" markalı yük avtomobilinin sürücüsünün kimliyi də artıq məlumdur. Sürücü Samir Hidayət oğlu Şükürovdur. Körpünün dağılmasına səbəb olan yük avtomobili həmin vaxt 1200 mişar daşı ilə yüklənib.

Qeyd edək ki, 2008-ci ildə inşa olunan körpünün uzunluğu 18, eni 4 metrdir. Körpü rayonun Küsnətqazmalar və Qımılqazmalar kəndlərini Quba-Xınalıq yolu ilə birləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti