Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir M.Əliyev/
Abşeron rayon sakini İlahə Bayramova əxlaqsızlıq yuvası təşkil etdiyi üçün saxlanılıb.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ.Bayramova Binəqədi rayonu, S.Bəhlulzadə küçəsindəki mənzillərdən birində əxlaqsızlıq yuvası təşkil etdiyi üçün saxlanılıb.
İdarənin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində Masazır qəsəbəsinin ərazisindəki "Romi" kafesində oranın icarədarı, Şirvan şəhər sakini Vüqar Nuriyevin əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib.