...

Azərbaycanda "yol kabusu" ötən gün 6 nəfərin həyatına son qoydu

Hadisə Materials 26 Oktyabr 2013 13:33 (UTC +04:00)
Azərbaycanın avtomobil yollarında ötən gün 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 3 nəfər yaralanıb.
Azərbaycanda "yol kabusu" ötən gün 6 nəfərin həyatına son qoydu

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın avtomobil yollarında ötən gün 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 3 nəfər yaralanıb. Bu barədə Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

Belə ki, oktyabrın 25-də saat 00:30 radələrində Abşeron rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Sabirabad rayon sakini Şahin Ağayev vurulub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Dünən Yevlax rayonu ərazisində Kürdəmir rayon sakini Əlizamin Novruzov idarə etdiyi "Nissan" markalı avtomaşını yolun kənarında saxlanılmış Bakı şəhər sakini Samir Hacıbalayevə məxsus "Shackman" markalı avtomaşına vurub. Nəticədə Ə.Novruzovun sərnişinlərindən həmyerlisi Gülsurə Novruzova hadisə yerində ölbü, xəsarət almış özü və digər sərnişini, Şahbuz rayon sakini Tariyel Həsənov isə xəstəxanaya yerləşdiriliblər.

Xəzər rayonu ərazisində isə Bakı şəhər sakini Etibar Məmmədov idarə etdiyi "MAN" markalı avtomaşınla yolu keçən həmyerlisi Vyaçeslav Abuşevi vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Digər hadisə Səbail rayonu, E.Əzizov küçəsində baş verib. Bakı şəhər sakini Fəxrəddin Rzayev idarə etdiyi "JEEP" markalı avtomaşınla yolu keçən həmyerlisi Rəşad Xəlilovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Ötən gün baş vermiş hadisələrdən daha biri paytaxtın Nizami rayonu, Babək prospektində olub. Şəhər sakini İlham Həsənov idarə etdiyi "KİA" markalı avtomaşını yolun kənarındakı dirəyə vurub. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.

Hacıqabul rayonu Padar qəsəbəsinin ərazisində isə Bakı şəhər sakini Ozal Əlili idarə etdiyi "Mitsubishi" markalı avtomaşını aşırıb. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti