Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanda istirahət günləri baş verən yol qəzaları nəticəsində 6 nəfər ölüb.
Trend-in Dİn-in rəsmi saytına istinadən verdiyi məlumata görə, şənbə günü Azərbaycanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 13 nəfər yaralanıb.
Noyabrın 3-ü, bazar günü isə ölkənin avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 3 nəfər yaralanıb.