...

Bakıda vətəndaş mənzilində huşsuz vəziyyətdə tapılıb

Hadisə Materials 6 Noyabr 2013 03:23 (UTC +04:00)
Bakıda vətəndaş mənzilində huşsuz vəziyyətdə tapılıb.
Bakıda vətəndaş mənzilində huşsuz vəziyyətdə tapılıb

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Bakıda vətəndaş mənzilində huşsuz vəziyyətdə tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 1952-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin eyvanına qalxaraq içəri daxil olublar.

Mənzilə baxış keçirilərkən huşsuz vəziyyətdə aşkarlanmış vətəndaş hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti