...

Sabirabadda evdən külli miqdarda oğurluq etmiş qadın tutulub

Hadisə Materials 11 Noyabr 2013 13:27 (UTC +04:00)
Sabirabadda evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlamış qadın tutulub.
Sabirabadda evdən külli miqdarda oğurluq etmiş qadın tutulub

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Sabirabadda evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlamış qadın tutulub.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 8-də Zeynal Əlişovun evindən içərisində 60.000 dollar dəyərində qızıl əşyaları və şəxsi sənədləri olan seyfi oğurlamış Hacıqabul şəhər sakini Gülnarə Qarayeva tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti