...

Məhkumdan mobil telefon götürülüb

Hadisə Materials 14 Noyabr 2013 11:57 (UTC +04:00)
Fakt üzrə araşdırma aparılır.
Məhkumdan mobil telefon götürülüb

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Penitensiar xidmətin və 11 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Trend-in Penitensiar xidmətin saytına istinadən verdiyi məlumata görə, 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1981-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1; 120.2.7; 228.2.1 maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Ceyhun İzətulla oğlu Məmmədovun üzərinə baxış keçirilərkən alt paltarının içərisində gizlədilmiş 1 ədəd qara rəngli "Nokia" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti