...

Şəmkirdə yol qəzası olub, hərbi qulluqçular xəsarət alıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 15 Noyabr 2013 13:27 (UTC +04:00)
Günorta saatlarında Bakı-Qazax magistralının 386-cı km-də - Şəmkir rayonu Əliyaqublu kəndi ərazisində ərazisində yol qəzası baş verib.
Şəmkirdə yol qəzası olub, hərbi qulluqçular xəsarət alıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Günorta saatlarında Bakı-Qazax magistralının 386-cı km-də - Şəmkir rayonu Əliyaqublu kəndi ərazisində yol qəzası baş verib.

Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, qəza zamanı "VAZ 21015" və "Opel" markalı maşın toqquşub. Nəticəsində 5 nəfər xəsarət alıb. Əraziyə FHN-in xilasediciləri cəlb olunub.

"VAZ 21015" markalı avtomobildə olanlar N saylı hərbi hissənin qulluqçularıdır.

Xəsarət alanlardan ikisi "Opel"in sürücüsü və sərnişini, 3-ü isə "VAZ 21015"-in sürücüsü və sərnişinləridir.

Hadisəyə "VAZ" markalı maşının dönmə əməliyyatını düzgün yerinə yetirməməsinin səbəb olduğu bildirilir.

Qəza ilə əlaqədar yolda hərəkət məhdudlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti