...

FHN iki nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb

Hadisə Materials 16 Noyabr 2013 01:15 (UTC +04:00)
Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, Kürdəmir rayonu, Sığırlı kəndi ərazisində Bakı-Qazax yolunun 168-ci kilometrliyində “VAZ” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
FHN iki nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Fövqəladə Hallar Nazirliyi (FHN) Kürdəmirdə ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, Kürdəmir rayonu, Sığırlı kəndi ərazisində Bakı-Qazax yolunun 168-ci kilometrliyində "VAZ" markalı minik avtomobili və "KamAZ" markalı yük avtomobili toqquşub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü 1958-ci il təvəllüdlü Həsənov Firuz Valeh oğlu və sərnişini 1959-cu il təvəllüdlü Qurbanov Əzim Hümbət oğlu hadisə yerində ölüblər.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədləri avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti