...

Riqada ticarət mərkəzi faciəsində ölənlərin sayı 25 nəfərə çatıb, ölkədə matəm elan olunacaq (ƏLAVƏ OLUNUB 3)

Hadisə Materials 22 Noyabr 2013 12:32 (UTC +04:00)
Riqada "Maksima" ticarət mərkəzinin dağıntıları altında ölənlərin sayı 25 nəfərə çatıb, onlardan üçü xilasedicilərdir.
Riqada ticarət mərkəzi faciəsində ölənlərin sayı 25 nəfərə çatıb, ölkədə matəm elan olunacaq (ƏLAVƏ OLUNUB 3)

Məlumatlar yenilənib (ilk xəbər saat 04:14-də yayılıb)

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Riqada "Maksima" ticarət mərkəzinin dağıntıları altında ölənlərin sayı 25 nəfərə çatıb, onlardan üçü xilasedicilərdir. Trend İTAR-TASS-a istinadən xəbər verir ki, xəsarət almış 40 nəfərdən isə 8-i xilasetmə xidmətinin əməkdaşlarıdır.

Xəsarət alanlar arasında başından zədə alan uşaq da var.

Latviya Prezidenti Andris Berzinş bildirib ki, faciə ilə əlaqədar ölkədə matəm elan olunacaq.

Xilasetmə işlərinə ordu qüvvələri cəlb edilib.

Dövlət Qan Donorları Mərkəzi Latviya sakinlərini xəsarət alanlar üçün qan verməyə çağırıb.

Polis mağaza rəhbərliyini məsuliyyətə cəlb etmək niyyətindədir. Çünki onlar faciədən yarım saat əvvəl çalmış həyəcan siqnalına reaksiya verməyiblər və vəziyyətin ciddiliyini qiymətləndirməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti