Azərbaycan, Bakı, 22 noyabr /Trend/
Türkiyənin Van şəhərində Rixter cədvəli üzrə 4,5 bal gücündə zəlzələ olub.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, yerin 20 km dərinliyində meydana gələn yeraltı təkanlar şəhər mərkəzi, ətraf bölgə və kəndlərdə hiss edilib.
İlkin məlumatlara görə, ölən və xəsarət alanlar yoxdur.