...

Kanalda batan 13 yaşlı uşağın cəsədi tapılıb

Hadisə Materials 25 Noyabr 2013 22:45 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Samur-Abşeron kanalının Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində bir uşaq kanala düşüb.
Kanalda batan 13 yaşlı uşağın cəsədi tapılıb

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Kanalda batan uşağın cəsədi tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Samur-Abşeron kanalının Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində bir uşaq kanala düşüb.

Dərhal nazirliyin dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb edilib. Xilasedicilər 2000-ci il təvəllüdlü Rzazadə Ərəb Əflatun oğlunun cəsədini batdığı yerdən taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti