...

Qlazqoda helikopter qəzası zamanı ölənlərin sayı 6 nəfərə çatıb, 32 yaralı var

Hadisə Materials 30 Noyabr 2013 13:14 (UTC +04:00)
Şotlandiyanın Qlazqo şəhərində pivəxananın binasına polis helikopterinin düşməsi nəticəsində həlak olanların sayı 6 nəfərə çatıb.
Qlazqoda helikopter qəzası zamanı ölənlərin sayı 6 nəfərə çatıb, 32 yaralı var

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Şotlandiyanın Qlazqo şəhərində pivəxananın binasına polis helikopterinin düşməsi nəticəsində həlak olanların sayı 6 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə Britaniyanın "Sky News" telekanalı qəza yerindəki mənbəyə istinadən xəbər verir.

Bir qədər əvvəl isə 3 nəfərin öldüyü, 32 nəfərin isə yaralandığı bildirilirdi. Qlazqo polisinin məlumatına görə, xəsarət alanların hamısı tibb müəssisələrinə yerləşdirilib. Hələlik binanın dağıntıları altında nə qədər insanın qaldığı məlum deyil.

Şotlandiyanın birinci naziri Aleks Salmond xəbərdarlıq edib ki, qəzanın miqyasını nəzərə alaraq qurbanların sayının artacağına hazır olmaq lazımdır.

Qəza şənbə günü baş verib. Helikopterin düşdüyü anda pivəxanada 100-ə yaxın adam var imiş. Cümə günü gecə burada konsert olub. Helikopterdə isə ikisi polis, biri mülki aviasiya pilotu olmaqla üç nəfər olub.

Qəzanın baş verdiyi yerdə onlarla xilasetmə briqadası çalışır, çoxlu sayda təcili yardım maşınları gəlib. Şahidlərin sözlərinə, insanların əksəriyyəti pivəxananın binasından çıxa bilmirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti