...

Dağıstan hökumətinin sədr müavini yol qəzasında ölüb

Hadisə Materials 20 Dekabr 2013 03:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Paytaxt polisi dekabrın 19-da Moskvanın Kutuzov prospektində baş vermiş yol qəzası nəticəsində Dağıstan hökumətinin sədr müavini Hacı Maxaçevin həlak olması barədə məlumatı təsdiqləyib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Bundan əvvəl Dağıstanın hüquq mühafizə orqanlarındakı mənbə bildirmişdi ki, yol qəzasında H.Maxaçev və həyat yoldaşı ölüb, onun uşaqları isə xəstəxanaya yerləşdirilib.

Paytaxt polisinin mətbuat xidmətinin nümayəndəsi bildirib: "İlkin məlumata görə, yol qəzası nəticəsində 3 nəfər həlak olub. Ölənlər arasında Dağıstan Respublikası hökumətinin sədr müavini Hacı Maxaçev də olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti