...

“Binə” Ticarət Mərkəzində ən azı 20-dən artıq ticarət obyekti yanıb, yanğın tam söndürülüb (FOTO) (ƏLAVƏ OLUNUB 4)

Hadisə Materials 24 Dekabr 2013 23:17 (UTC +04:00)
"Binə" Ticarət Mərkəzində 4-5 sırada başlayan yanğın bir neçə mağazaya keçib. Bu barədə Trend-ə hadisə şahidləri məlumat veriblər.
“Binə” Ticarət Mərkəzində ən azı 20-dən artıq ticarət obyekti yanıb, yanğın tam söndürülüb (FOTO) (ƏLAVƏ OLUNUB 4)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 21:39-da yayılıb)

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

"Binə" Ticarət Mərkəzində 4-5 sırada başlayan yanğın bir neçə mağazaya keçib. Bu barədə Trend-ə hadisə şahidləri məlumat veriblər.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Trend-ə bildiriblər ki, yanğın geniş ərazini əhatə edib.

Məlumata görə, yanğının əhatəsi genişləndiyindən, 4-cü dərəcəli çağırış elan edilib. Çoxlu sayda canlı qüvvə və texnika cəlb olunub.

Hadisə yerinə 10-a yaxın yanğınsöndürən maşın cəlb edilib.

Şahidlərin Trend-in hadisə yerində olan əməkdaşına verdiyi məlumata görə, ən azı 20-dən artıq ticarət obyekti yanıb. Əsasən ikinci mərtəbədə olan ticarət obyektlərinə ziyan dəyib.

Yanğın zamanı xəsarət alan olmayıb.

FHN-dən də Trend-ə bildiriblər ki, artıq yanğın tam söndürülüb, hazırda kəşfiyyat işi aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti