...

Hindistanın Qoa ştatında binanın dağılması nəticəsində 14 nəfər həlak olub

Hadisə Materials 4 Yanvar 2014 20:14 (UTC +04:00)
Hindistanın Qoa ştatının Kanakona şəhərində tikilən binanın dağılması nəticəsində 14 nəfər həlak olub.
Hindistanın Qoa ştatında binanın dağılması nəticəsində 14 nəfər həlak olub

Azərbaycan, Bakı, 4 yanvar /Trend/

Hindistanın Qoa ştatının Kanakona şəhərində tikilən binanın dağılması nəticəsində 14 nəfər həlak olub. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Hindistanın IANS agentliyi bundan əvvəl altı nəfərin həlak olması barədə xəbər vermişdi.

Hadisə zamanı binada 50-ə yaxın işçi olub.

Yerli hakimiyyət nümayəndəsinin sözlərinə görə, xəsarət alan 13 nəfər işçi xəstəxanalara yerləşdirilib. Dağıntılar altında ən azı 10 nəfər var.

Hadisə yerində xilasedicilər, yanğınsöndürənlər və polis əməkdaşları işləyir, xilasetmə işlərinə ordu da cəlb edilib. Xilasetmə əməliyyatları bütün gecə davam edə bilər.

Qoa ştatının Baş naziri Manoxar Parrikar bildirib ki, insanların ölümü ilə bağlı tikinti təşkilatçısının, baş podratçının və baş bələdiyyə mühəndisi barəsində istintaq başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti