...

Türkiyənin Mersin vilayətində antikorrupsiya əməliyyatı nəticəsində 35 nəfər saxlanılıb

Hadisə Materials 10 Yanvar 2014 15:36 (UTC +04:00)
Türkiyənin Mersin vilayətində korrupsiyaya qarşı aparılan əməliyyat nəticəsində 35 nəfər saxlanılıb.
Türkiyənin Mersin vilayətində antikorrupsiya əməliyyatı nəticəsində 35 nəfər saxlanılıb

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Mersin vilayətində korrupsiyaya qarşı aparılan əməliyyat nəticəsində 35 nəfər saxlanılıb.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, saxlanılanlar vilayətin dəniz gömrüyündə böyük məbləğdə rüşvət almaqda təqsirləndirilirlər.

Həmin şəxslər arasında Mersində liman gömrüyünün 10 yüksək vəzifəli işçisi var.

Digər məlumata görə, daha əvvəl İzmir şəhərində antikorrupsiya əməliyyatı çərçivəsində saxlanılanlar bu gün məhkəmə qarşısına çıxacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti