...

DİN Sabirabadda 4 nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yaydı

Hadisə Materials 11 Yanvar 2014 12:57 (UTC +04:00)
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 10-da saat 23 radələrində Sabirabad rayonu ərazisində Qaratəpə kənd sakini Fərid Həsənovun idarə etdiyi "VAZ-21011" markalı və Bakı şəhər sakini Sabir Adıgözəlovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.
DİN Sabirabadda 4 nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yaydı

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir İ.İzzət/

Sabirabad rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 10-da saat 23 radələrində Sabirabad rayonu ərazisində Qaratəpə kənd sakini Fərid Həsənovun idarə etdiyi "VAZ-21011" markalı və Bakı şəhər sakini Sabir Adıgözəlovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə F.Həsənov və sərnişinlərindən - Nərimankənd kənd sakini Elməddin Əhmədov hadisə yerində ölüb, xəsarət almış digər sərnişinlər - Nərimankənd kənd sakinləri Orxan Cəbrayılov, Mircəfər Hüseynov və Fərid Əhmədov xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, O.Cəbrayılov və M.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb, onlar xəstəxanada ölüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti