Azərbaycan, Bakı, 15 yanvar /Trend/
Qubada iki minik avtomobili toqquşub, bir nəfər yaralanıb.
Yanvarın 14-ü, axşam saatlarında Quba-Xaçmaz yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. Trend bu barədə məlumat verir.
İki minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ağır xəsarət alıb. Qəza zamanı yaralanan 52 yaşlı Quba rayon sakini Rahim Qədirov Quba Mərkəzi rayon xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
Tibb müəssisəsinin növbətçi həkimi Ramazan Fətəliyevin bildirdiyinə görə, yaralının vəziyyəti ağırdır.
Quba Rayon Polis Şöbəsindən qəza ilə bağlı əlavə məlumat verilməyib.