...

Bakıda 75 yaşlı qoca “Mercedes” altına düşərək ölüb

Hadisə Materials 20 Yanvar 2014 12:29 (UTC +04:00)
Bakıda baş verən yol qəzasında sürücü 75 yaşlı qocanı vuraraq öldürüb.
Bakıda 75 yaşlı qoca “Mercedes” altına düşərək ölüb

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir İ.İzzət/

Bakıda baş verən yol qəzasında sürücü 75 yaşlı qocanı vuraraq öldürüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 19-u saat 12:30 radələrində, Xəzər rayonu Buzovna-Zaqulba şossesində Qubadlı rayon sakini 1981-ci il təvəllüdlü Yaşar Babayev idarə etdiyi "Mercedes" markalı avtomobillə qəsəbə sakini 1939-cu il təvəllüdlü Əşrəf Hümbətovu vurub. Nəticədə 75 yaşlı Ə.Hümbətov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti