...

Samuxda iki avtomobil toqquşub, sürücülərdən biri xəsarət alıb

Hadisə Materials 23 Yanvar 2014 21:57 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, rayonun Çobanabdallı kəndinə aparan yolda “Mercedes” markalı avtomobil eyni istiqamətdə olan “VAZ 21 014” markalı avtomobili vurub. Nəticədə “VAZ” aşıb.
Samuxda iki avtomobil toqquşub, sürücülərdən biri xəsarət alıb

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Samux rayonunda yol qəzası baş verib.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, rayonun Çobanabdallı kəndinə aparan yolda "Mercedes" markalı avtomobil eyni istiqamətdə olan "VAZ 21 014" markalı avtomobili vurub. Nəticədə "VAZ" aşıb.

Avtomobilin sürücüsü 37 yaşlı Elnur Həsənov xəsarət alaraq, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. İlkin tibbi müdaxilədən sonra E.Həsənov evə buraxılıb.

Faktla bağlı Samux rayon polis şöbəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti