Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İzzət/
Bakı şəhər sakinindən 1 kiloqram 55,48 qram həşiş qətranı götürülüb.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Mübariz Hacızadədən 1 kiloqram 55,48 qram həşiş qətranı götürülüb.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.