...

Azərbaycanda əsgər hərbi hissədə əsgər yoldaşını güllələyib

Hadisə Materials 10 Fevral 2014 10:39 (UTC +04:00)
Azərbaycan Ordusunun əsgəri ehtiyatsızlıqdan əsgər yoldaşını güllələyib.
Azərbaycanda əsgər hərbi hissədə əsgər yoldaşını güllələyib

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycan Ordusunun əsgəri ehtiyatsızlıqdan əsgər yoldaşını güllələyib.

Trend-in məlumatına görə, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinın əsgəri Zamin Malik oğlu Məmmədov ehtiyatsızlıq üzündən tabeliyindəki avtomat silahdan atəş açaraq əsgər yoldaşı Elnur Sahib oğlu Əhmədovu güllələyib. Yaralı əsgər E.Əhmədov hərbi hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə faktı təsdiqləyiblər.

Respublika Hərbi Prokurorluğundan Trend-ə bildiriblər ki, faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti