...

Gürcüstan vətəndaşından külli miqdarda patron alışdırıcısı götürülüb

Hadisə Materials 14 Fevral 2014 13:21 (UTC +04:00)
Azərbaycanda Gürcüstan vətəndaşından külli miqdarda patron alışdırıcısı və barıt götürülüb.
Gürcüstan vətəndaşından külli miqdarda patron alışdırıcısı götürülüb

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda Gürcüstan vətəndaşından külli miqdarda patron alışdırıcısı və barıt götürülüb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Şəmkir rayonu ərazisindəki Daimi postunda Gürcüstan vətəndaşı Samir Mərrəmovun idarə etdiyi "Mercedes" markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Avtomobilin yük yerinə baxış zamanı 347 min patron alışdırıcısı və 30 kiloqram barıt aşkar edilərək götürülüb.

S.Məhərrəmov Şəmkir RPŞ-yə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti