Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanın İranla sərhəd bölgəsində 2 kiloqram heroin aşkarlanıb.
Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 14-də Cəlilabad şəhər sakini Məhərrəm Əliyev RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus yardımçı təsərrüfatın yaxınlığında şübhəli idman çantası aşkar etdiyini bildirib.
Cəlilabad RPŞ əməkdaşları tərəfindən çantaya baxış zamanı 1 kiloqram 960 qram heroin aşkar edilərək götürülüb.