...

Salyanda maşın kanala düşüb, sürücü ölüb

Hadisə Materials 16 Fevral 2014 01:17 (UTC +04:00)
Salyanda maşın kanala düşüb, sürücü ölüb.
Salyanda maşın kanala düşüb, sürücü ölüb

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Salyanda maşın kanala düşüb, sürücü ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Salyan rayonu, Kürsəngi kəndi ərazisində "VAZ" markalı minik avtomobili kanala düşüb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1949-cu il təvəllüdlü Məhərrəmov Mais Sandalı oğlunun deformasiyaya uğramış nəqliyyat vasitəsinin içərisində boğularaq, həlak olması məlum olub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobili kanaldan çıxarıb, cəsədi isə aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti