...

Türkiyədə zəncirvari yol qəzası: 3 ölü, 20 yaralı

Hadisə Materials 16 Fevral 2014 11:02 (UTC +04:00)
Trend "Zaman" qəzetinə istinadən məlumat verir ki, səhər saatlarında Boludan İstanbul istiqamətində tuneldə bir avtomobil bordürlərə çırpılıb. Daha sonra bir avtobus avtomobillə toqquşub.
Türkiyədə zəncirvari yol qəzası: 3 ölü, 20 yaralı

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Türkiyənin Bolu şəhərində zəncirvari yol qəzası baş verib.

Trend "Zaman" qəzetinə istinadən məlumat verir ki, səhər saatlarında Boludan İstanbul istiqamətində tuneldə bir avtomobil bordürlərə çırpılıb. Daha sonra bir avtobus avtomobillə toqquşub.

Yolda nəqliyyatın hərəkətinin sıx olması və güclü duman səbəbindən digər avtomobillər qəza törədən avtomobillərə çırpılıb.

İlkin məlumata görə, zəncirvari qəza nəticəsində 3 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti