...

Mərmərə dənizində iki yük gəmisi toqquşub

Hadisə Materials 25 Fevral 2014 12:17 (UTC +04:00)
Fevralın 25-də Mərmərə dənizində iki yük gəmisi toqquşub.
Mərmərə dənizində iki yük gəmisi toqquşub

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir R.Hafizoğlu/

Fevralın 25-də Mərmərə dənizində iki yük gəmisi toqquşub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Haber7" telekanalı xəbər yayıb.

Ukrayna üçün yük daşıyan Türkiyəyə məxsus teplovozun İsrailə yük daşıyan Rumıniya gəmisi ilə toqquşması nəticəsində gəmi zədələnib.

İstanbulun Sahil Mühafizə Xidməti hələlik hadisənin baş vermə səbəblərinin məlum olmadığını bildirib.

Yük gəmilərinin toqquşması nəticəsində zərər çəkən yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti