...

Samuxda avtomobil yas mağarına girib: 1 ölü, 7 yaralı (FOTO) (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 26 Fevral 2014 23:11 (UTC +04:00)
Bu gün saat 20:30 radələrində Samux rayonunun Qədili kəndində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Samuxda avtomobil yas mağarına girib: 1 ölü, 7 yaralı (FOTO) (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 22:16-da yayılıb)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Bu gün saat 20:30 radələrində Samux rayonunun Qədili kəndində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, bu gün saat 20:30 radələrində Samux rayonunun Qədili kəndində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. 22 yaşlı Samux rayon sakini Taleh Babayev idarə etdiyi "VAZ 2106" markalı avtomobili yolun hərəkət hissəsində quraşdırılan yas mağarına çırpıb. Nəticədə 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Yaralılardan bəziləri ilkin tibbi yardım üçün Samux Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətləri qismən ağır olan 5 nəfər rayon sakini - 33 yaşlı Cuma Mehdiyev, 46 yaşlı Sakit Şəfiyev, 40 yaşlı Novruz Quliyev, 41 yaşlı Əziz Rüstəmov və 44 yaşlı Yaşar Məmmədov isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, S.Şəfiyevin həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların vəziyyəti isə orta ağırdır.

Şahidlərin bildirdiyinə görə, hadisəyə səbəb sürücünün nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməsi olub.

Sürücü Samux polisi tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti