...

Qobustanda avtomobil aşıb, bir nəfər yaralanıb

Hadisə Materials 2 Mart 2014 23:07 (UTC +04:00)
Qobustanda avtomobil aşıb, bir nəfər yaralanıb.
Qobustanda avtomobil aşıb, bir nəfər yaralanıb

Azərbaycan, Bakı, 2 mart /Trend/

Qobustanda avtomobil aşıb, bir nəfər yaralanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı-Şamaxı yolunun 104-cü kilometrliyində, Qobustan rayonu ərazisində "SHACMAN" markalı yük avtomobili idarəetməni itirərək yolun kənarına aşıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü müxtəlif bədən xəsarətləri ilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə vətəndaşı çıxararaq Təcili Tibbi Yardım Stansiyasına təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti