...

Şüvəlanda əxlaqsızlıq yuvası təşkil edən Bakı sakini saxlanılıb

Hadisə Materials 6 Mart 2014 14:10 (UTC +04:00)
Bakı şəhər sakini əxlaqsızlıq yuvası təşkil etdiyi üçün saxlanılıb.
Şüvəlanda əxlaqsızlıq yuvası təşkil edən Bakı sakini saxlanılıb

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İzzət/

Bakı şəhər sakini əxlaqsızlıq yuvası təşkil etdiyi üçün saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumat əsasında İdarə əməkdaşları əməliyyat tədbirləri həyata keçiriblər. Tədbirlər nəticəsində Bakı şəhər sakini Rafiq Tağıyev saxlanılıb. Onun gəlir əldə etmək məqsədi ilə Şüvəlan qəsəbəsindəki mənzillərdən birində əxlaqsızlıq yuvası təşkil etdiyi məlum olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti