...

Neftçalada minik avtomobili çaya düşüb, sürücü ölüb

Hadisə Materials 8 Mart 2014 01:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 mart /Trend/

Neftçalada minik avtomobili Kür çayına düşüb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Neftçala rayonu, Cəngan kəndi ərazisində Kür çayına "VAZ" markalı minik avtomobili düşüb.

Hadisə yerinə cəlb edilmiş nazirliyin dalğıc-xilasediciləri avtomobilin və həmin nəqliyyat vasitəsinin sürücüsünün - 1977-ci il təvəllüdlü Nəcəfov Şamil Fazil oğlunun cəsədini sudan taparaq çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti