Azərbaycan, Bakı, 9 mart /Trend/
İraqın əl-Hilla şəhərində törədilmiş terror aktı nəticəsində 32 nəfər ölüb, 147 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi yerli polisə istinadən xəbər yayıb.
Bundan əvvəl 12 nəfərin öldüyü, 60 nəfərin isə yaralandığı bildirilirdi.
Hadisə bu gün səhər saatlarında əl-Hilla şəhərindəki (Bağdaddan 95 km cənubda) nəzarət-buraxılış məntəqəsində baş verib. Terrorçu-intiharçı mikroavtobusa bərkidilmiş partlayıcı qurğunu işə salıb. Partlayış nəticəsində sərnişinlərin olduğu 50 avtomobildə yanğın baş verib.
Polisin məlumatına görə, NBM-in bir hissəsi dağılıb.