...

Bakıda boru xətti zədələnib, yola neft məhsulu dağılıb

Hadisə Materials 10 Mart 2014 01:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart /Trend/

Bakının Xətai rayonunda boru xəttində yaranmış zədə səbəbindən ətrafa və avtomobil yoluna neft məhsulu dağılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, boruda yaranmış sızmanın qarşısı aidiyyəti qurumlar tərəfindən alınmışdır.

Qəza aradan qaldırılana qədər yanğınsöndürənlər tərəfindən müxtəlif profilaktiki tədbirlər görülmüş və yanğın avtomobilləri hadisə yerində növbə çəkmişdir.

Boruda yaranmış sızmanın səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Xəbər lenti

Xəbər lenti