...

Bakıda avtomobil oğruları yaxalanıb

Hadisə Materials 10 Mart 2014 11:26 (UTC +04:00)
Martın 8-də Abşeron rayonuda Mehdi Heydərova məxsus «VAZ-21074» markalı avtomobil qaçırılıb.
Bakıda avtomobil oğruları yaxalanıb

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir E.Mehdiyev/

Martın 8-də Abşeron rayonuda Mehdi Heydərova məxsus "VAZ-21074" markalı avtomobil qaçırılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Suraxanı RPİ, 32 və 33-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakinləri Rəşad İsmayılov, Mail Qaralov və Müşfiq Qafarov avtomobillə birlikdə tutulub.

Onların üzərinə baxış keçirilərkən M.Qafarovdan 10 qramdan artıq həşiş götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, onlar fevralın 21-də Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsindən Umudvar Hacıəliyevə məxsus "VAZ-2106" markalı avtomobil qaçırıb və avtomobil martın 8-də Abşeron gənclər şəhərciyi ərazisində saz vəziyyətdə tapılıb.

Daha sonra onların martın 8-nə keçən gecə, Qaraçuxur qəsəbəsində İ.Musayev küçəsində yerləşən və Zahid Abdullayevə məxsus sexin qarşısından 6 ədəd istilik radiatorunu oğurlaması müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat istintaq tədbirləri zamanı aydın olub ki, onlar fevralın 19-na keçən gecə Yeni Günəşli qəsəbəsində, Bakı şəhər sakini Aydın Balakişiyevə məxsus "Hovo" markalı avtomobildən 2 ədəd akkumulyator oğurlayıblar. Martın 6-na keçən gecə Mikayıl Alxasova məxsus "Toyota", Nahid Fərhadlıya məxsus "VAZ-2106", Bəhman Orucova məxsus "Hyundai" avtomobillərin şüşələrini sındırıb oğurluğa cəhd ediblər. Həmin gün Şakir Qasımova məxsus "VAZ-2106" markalı avtomobili isə qaçırmağa cəhd göstəriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti