...

Yəməndə nəzarət-buraxılış məntəqəsinə hücum nəticəsində 20 əsgər öldürülüb

Hadisə Materials 24 Mart 2014 19:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 mart /Trend/

Yəmənin cənub şərqində nəzarət-buraxılış məntəqəsinə hücum nəticəsində 20 əsgər öldürülüb.

Trend BBC-yə istinadən xəbər verir ki, hakimiyyətin məlumatına görə, hücum sübh vaxtı törədildiyindən əsgərlərin əksəriyyəti yatmış olub.

Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib. Hərbçilər əmindirlər ki, hücumun arxasında "Əl-Qaidə"nin Yəməndəki bölmələri durur.

Hadisənin baş verdiyi Hadramut əyaləti "Əl-Qaidə"nin Ərəbistan yarımadasındakı istinad məntəqəsi hesab olunur.

Xəbər lenti

Xəbər lenti