Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir İ.İzzət/
Qısqanclıq zəminində arvadını qətlə yetirmiş Gəncə şəhər sakini könüllü olaraq təslim olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 30-da Gəncə şəhər sakini Natiq Bayramov Gülüstan qəsəbəsindəki evində qısqanclıq zəminində arvadı Gülnarə Teyyub qızı Bayramovanı bıçaqla qətlə yetirib.
Natiq Bayramov könüllü olaraq Gəncə şəhər Baş Polis İdarəsinə gələrək təslim olub.
Qeyd edək ki, Natiq Bayramov əvvəllər də məhkumluq həyatı yaşayıb.