...

Azərbaycan Ordusunun əsgəri avtomat silahdan açılan atəş nəticəsində ölüb

Hadisə Materials 10 Aprel 2014 11:56 (UTC +04:00)
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Azərbaycan Ordusunun əsgəri avtomat silahdan açılan atəş nəticəsində ölüb

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycan Ordusunun əsgəri avtomat silahdan açılan atəş nəticəsində ölüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, "N" saylı hərbi hissənin əsgəri Elvin Rüsxət oğlu Bəzirli təhlükəsizlik qaydalarının pozulması nəticəsində avtomat silahdan açılan atəş nəticəsində yaralanıb.

Əsgər ilkin tibbi yardım göstərildikdən sonra hospitala təxliyə olunarkən yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti